Masallıda yük maşını piyadaları vurdu: 1 ölü, 3 yaralı
Masallıda yük maşını 3 piyadanı vurub, onlardan biri ölüb, ikisi yaralanıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb. “Ford” markalı yük avtomobili hərəkətdə olarkən yol kənarındakı üç piyadanı vurub, daha sonra beton elektrik dirəyinə çırpılıb. Yaralılar - Ərkivan qəsəbə sakinləri 38 yaşlı Rüfət Bədəlov, 36 yaşlı Yunus Həsənov və 33 yaşlı Tohid İbrahimov dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Rüfət Bədəlovun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Qızılavar kəndinin elektrik enerjisi ilə təminatında bir neçə saatlıq fasilə yaranıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
680
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
864
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
845
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1039
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1139
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1074