Göyçayda canavarlar iki kəndə hücum etdi, 40-dan çox qoyunu parçaladı
Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləkçıplaq və Qızılağac kəndlərində qeydə alınıb. Qızılağac kəndinə soxulan canavarlar Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 baş qoyundan 10-nu parçalayaraq tələf edib, 18-ni isə ağır yaralayıb.
Yırtıcılar Ləkçiplaq kənd sakini Ramiz Yusifova məxsus tövləyə də hücum edərək oradakı 23 baş qoyundan 6-nı öldürüb, 9-nu yaralayıb. Xəsarət alan qoyunlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar isə dezinfeksiya edilərək torpağa basdırılıb.
Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.
Ötən həftə canavarlar Ləkçıplaq kənd sakini Şirvan Kərimova məxsus 7 baş qoyunu parçalayaraq tələf etmiş, 4-nü yaralamışdı.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı