Əl Babda küçə döyüşləri gedir

Türkiyə Silahlı Qüvvələrinin dəstək verdiyi Azad Suriya Ordusu Suriyanın şimalındakı Əl Bab qəsəbəsinin mərkəzini İŞİD terror təşkilatından almaq üçün əməliyyatları genişləndirib. APA TV-nin məlumatına görə, ətrafdakı yüksəklikləri nəzarətə götürən Azad Suriya Ordusu Əl Baba daxil olub və qəsəbənin qərbindəki məhəllələrdə İŞİD terrorçuları ilə şiddətli küçə döyüşləri gedir.

 

Döyüşlər gedə-gedə İŞİD terrorçuları partlayıcı quraşdırılmış avtomobillərlə partlayışlar törədir. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Əl Baba şimal, qərb və şərq istiqamətlərindən hücuma keçir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR