BQXK Əfqanıstanda fəaliyyətini dayandırdı
Beynəlxalq Qırmızı Xaç Komitəsi missiyasına hücumdan sonra Əfqanıstanda fəaliyyətini dayandırır. APA TV-nin məlumatına görə, bunu komitənin əməliyyatlar direktoru bəyan edib. O, bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Əfqanıstan ərazisində yardım əməliyyatlarını dayandırır. Komitənin Əfqanıstanda işini hansı müddətə dayandırdığı açıqlanmayıb.
Bundan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi Əfqanıstanda missiyasının avtomobil karvanına hücum nəticəsində 6 əməkdaşının öldürülməsi, 2-nin itkin düşməsini “alçaq akt” adlandırıb. Naməlum silahlı şəxslər üç sürücü və Beynəlxalq Qırmızı Xaç Komitəsinin beş əməkdaşından ibarət karvana hücum ediblər. Onlar Əfqanıstanın cənubundakı Şiberqan şəhərinə yardım aparırlarmış. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, hücumdan zərər çəkənlərin hamısı Əfqanıstan vətəndaşlarıdır.
“Reuters” agentliyinin məlumatına görə, hücumun arxasında İŞİD terror təşkilatı dayanır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı