New Media və Mail.ru Group Bakıda hədəflənən reklam üzrə ustad dərsləri təşkil edib

Fevralın 7-də New Media şirkəti Rusiyanın Mail.ru Group şirkəti ilə birlikdə Bakıda “Hədəflənən reklam üzrə ustad dərsləri” mövzusunda digital seminar keçirib.

APA TV-nin məlumatına görə, seminarda Azərbaycanın bir çox şirkət və təşkilatlarının nümayəndələri iştirak edib. İştirakçılara reklam bazarının peşəkarlarının mühazirələrindən ibarət geniş proqram təklif edilib. Bunlar arasında New Media, myTarget reklam servisinin nümayəndələri də yer alıb.

New Media şirkəti iştirakçıları bazarın son qiymət və əsas trendləri ilə, myTarget isə hədəflənən reklamın trend və alətləri, xüsusiyyət və spesifikası ilə tanış edib.

Mail.Ru Group-un nümayəndələri biznesin irəliləməsi üçün “Odnoklassniki” sosial şəbəkəsindən necə istifadə etmənin yollarından danışıb.

Həmçinin myTarget-dən hədəflənən reklam üzrə ustad dərsləri keçirilib.

Qeyd edək ki, ustad dərslərində iştirak pulsuz olub.

myTarget – Mail.Ru Group-un reklam platformasıdır. Burada Rusiya və MDB-də ən iri servis və sosial şəbəkə (“VKontakte”, “Odnoklassniki”, “Mail.Ru”) auditoriyası birləşir. A.Konev 2015-ci ildən myTarget-in müştərilərlə iş üzrə şöbəsinin rəhbəridir.

myTarget-in müştərilərlə iş üzrə şöbəsinin rəhbəri Aleksandr Konevin sözlərinə görə, Azərbaycanda Mail.Ru Group layihəsinin isifadəçiləri kifayət qədər çoxdur:

Onun sözlərinə görə, Azərbaycanda “Odnoklassniki”in 1,6 milyon, “VKontakte”nin isə 1,1 milyon istifadəçisi var. Mail.Ru Group seminarın keçirilməsinin təşəbbüskarıdır:

“New Media agentliyi seminara dəstək verib. 2017-ci ildən bu şirkət Azərbaycanda Mail.Ru Group-un eksklüziv nümayəndəsidir. Şirkətin rəhbəri Rasim Davudov qeyd edib ki, New Media agentliyi bazar üzrə həmkarları ilə birlikdə müstəqil göstərici buraxmağı planlaşdırır. Göstərici yaranandan sonra beynəlxalq brendlər tərəfindən internet-reklamın etibarlılığı da artacaq. Onlar bunu ala, ölçə və bazarın müəyyən standartlarına görə qiymətləndirə bilərlər.

Eləcə də internet-reklamın xarici reklam, radio və televiziya ilə bağlı nəhəng rəqibləri də yaranacaq. İnernet reklamı son dərəcə dəqiqliklə hədəfləyərək onu daha effektli və az xərcli edir.

Digital seminar New Media və Mail.Ru Group-la ilk birgə işdir. Bu il Bakıda digər seminarların keçirilməsi də planlaşdırılır. Burada bir sıra reklam agentlikləri və reklamçılar da iştirak edəcək.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR