Prezident Mərkəzçi Demokratlar İnternasionalının nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi və Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya, Asiya və Sakit okean regionu üzrə baş koordinatoru Sezar Rosellonu qəbul edib.

 

APA TV xəbər verir ki, vitse-prezident Mario David Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın və qurumun icraçı katibi Antonio Lopez-İsturizin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

 

Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR