Baş nazirin müavini: "Bazarda qiymətlərin müəyyən artımı hiss olunur"
"Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı ilkin nəticələr var". APA TV-nin məlumatına görə, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclasında baş nazirin müavini Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı pilot layihələr fevralın 1-dən etibarən Mingəçevir və Yevlaxda həyata keçirilir. 1 həftə ərzində icbari tibbi sığorta ilə bağlı ilkin müalicələr başlayıb. Hətta böyük xərclər tələb edən müalicələr də olub: “İnsanlarda ilkin məmnunluq hissləri var”.
Ölkədə dərman çatışmazlığı probleminə münasibət bildirən Əli Əhmədov əlavə edib ki, məsələyə operativ şəkildə reaksiya verilir. Dərmanların Azərbaycana əsasən idxal olunduğunu deyən baş nazirin müavini qeyd edib ki, yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlanacaq. O vaxta qədər isə idxalla kifayətlənməli olacağıq: "Ona görə də müəyyən çətinliklərin yaranması halı müşahidə olunur. Amma kritik vəziyyət yoxdur, operativ şəkildə buna reaksiya verilir. Güman edirəm ki, hər hansı aptek təşkilatında bu və ya digər dərman vasitəsinin tapılması ilə bağlı çətinlik varsa, bu, bütövlükdə həmin dərman vasitələrinin Azərbaycanda olmaması qənaətinə gəlməyə əsas vermir. Digər apteklərdə həmin dərmanlar var".
Baş nazirin müavini onu da bildirib ki, hökumət tərəfindən bazarlarda qiymətlərin daha sürətlə artmaması üçün vacib olan tədbirlər görülür: "Bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik. Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı