Çilingər çalışdığı depodan oğurluq etdi
Gəncə Lokomotiv Deposunda oğurluq hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə Dəmir Yol Nəqliyyatında Polis İdarəsi Gəncə stansiyası Xətt Polis Şöbəsinə Gəncə Lokomotiv Deposunun çilingərinin çalışdığı müəssisədən oğurluq etməsi barədə məlumat daxil olub.
Baş təhqiqatçı Ramil Həmidovun sözlərinə görə, əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində anadan olan, 1993-cü il təvəllüdlü Həsənzadə Səməd Zahid oğlu yaxalanıb. O, oğurlamış olduğu 13 ədəd, hər birinin uzunlu 2 metr ümumi çəkisi 96 kq olan "jokslarla" birlikdə saxlanılıb.
Artıq oğurlanan metal borular maddi sübut kimi istintaqa təqdim olunub. Səməd Həsənzadə ifadəsi zamanı həmin mis məmulatlarını gəlir əldə etmək məqsədilə oğurladığını etiraf edib: "2012-ci ildən depoda işləyirəm. Gördüm xeyli mis var. Dedim oğurlayıb satım. Oğurlayıb apararkən polis əməkdaşları tərəfindən saxlanıldım".
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı