Sıradan çıxmaqda olan türk dilləri ilə bağlı 4 cildlik kitab hazırlanıb
Qazaxıstanın paytaxtı Astanada sıradan çıxmaq təhlükəsi ilə üzləşən türk dilləri ilə bağlı 4 cildlik böyük ensiklopedik nəşrin təqdimatı olub.
APA TV-nin xəbərinə görə, 12 Fevral - Beynəlxalq Ana Dili Günü ərəfəsində oxuculara təqdim edilən "Təhlükə ilə üzləşən Türk Dilləri" kitabı Beynəlxalq Türk Akademiyası (TWESCO) və Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universiteti tərəfindən hazırlanıb.
Toplantıda Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın ortaq beynəlxalq təşkilatı olan Beynəlxalq Türk Akademiyasının Monqolustanın Şiveet-Ulan bölgəsində apardığı arxeoloji tədqiqatların nəticələri və Aral gölünün ekoloji vəziyyəti ilə bağlı film də təqdim edilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali qeyd edib ki, kitabı hazırlamaqda başlıca məqsəd ölü dillər sırasına girməkdə olan bir çox türk dillərini araşdıraraq, mədəni irsi tanıtmaq və dəstəkləmək, keçmişdən dərs və ibrət götürmək, gələcəyə hesablanan geniş elmi layihələri inkişaf etdirməkdir.
Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universiteti İdarə Heyətinin sədri Musa Yıldız isə layihəyə 2011-ci ildə başlandığını və təxminən 6 il davam etdiyini vurğulayıb. Layihədə dünyanın 26 ölkəsindən 130 elm adamı iştirak edib.
Layihənin koordinatoru, professor Süer Eker isə qeyd edib ki, layihə çərçivəsində Türk dilləri ailəsinə aid və ictimaiyyətə məlum olan demək olar ki, bütün dillər tədqiq edilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu tipli layihələrə rəsmi Bakının dəstəyini ifadə edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı