ABŞ kəşfiyyatının rəhbəri Türkiyəyə gəlir
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni rəhbəri ilk xarici səfərini Türkiyəyə edəcək.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Mayk Pompeo Donald Trampın andiçməsindən 3 gün sonra bu vəzifəyə təyin olunub.
ABŞ-ın 1 nömrəli kəşfiyyatçısının fevralın 9-da Türkiyədə olacağı bildirilir.
Mayk Pompeo Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra adı çəkilən ölkədə "İslam diktatorluğu"nun hökm sürdüyünü iddia etmişdi. O, həmin vaxt Türkiyə iqtidarını tərifləyən İranın xarici işlər naziri Cavad Zərifə sosial şəbəkədə cavab olaraq "İran da Ərdoğan hökuməti qədər demokratikdir", - deyə yazmışdı.
Ankara isə ötən ilin 15 iyul hadisələrindən sonra ABŞ-dan israrla çevrilişin təşkilatçısı, FETÖ rəhbəri Fətullah Güləni istəyir.
Xatırladaq ki, Pompeonun Türkiyə ziyarəti barədə xəbər mətbuata fevralın 8-də Ərdoğanla Tramp arasında ilk dəfə telefon danışığından sonra ötürülüb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı