Türk ordusu Əl-Bab yaxınlığındakı mühüm nöqtələri tutdu
Türkiyə xüsusi təyinatlıları Suriyanın Əl-Bab şəhəri ətrafında mühüm nöqtələri ələ keçirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən ilin dekabrında başlayan Əl-Bab əməliyyatında ən böyük problem İŞİD terrorçularının mülki əhalini qalxan olaraq istifadə etməsidir.
64 min əhalisi olan şəhərdə hələ də on minlərlə əhali yaşayır. Terrorçular əsas qərargahlarını insanların çox yaşadığı yerdə qurub. Buna görə türk ordusu və Azad Suriya Ordusu birləşmələri şəhərə güclü hücum etmək əvəzinə, İŞİD-in müqavimətini qırmaq üçün şəhəri mühasirəyə almaq yolu seçmişdi. Hazırda Əl-Babın mərkəzi şimal, qərb və şərqdən mühasirə olunur.
OXŞAR XƏBƏRLƏR
13:58
716
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
900
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
878
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1041
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1142
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1078