Keçmiş məhkum: "İş yoxdur, məcburuq oğurluq edək"
Siyəzən rayon sakini Yaşar Məmmədovun evindən tikintidə istifadə edilən texniki avadanlıqlar oğurlanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Mirzə Ələkbər Sabir küçəsində yerləşən evdən qarət edilən alətlər 1710 manat dəyərindədir.
Müstəntiq Fərid Fərzəliyevin sözlərinə görə, hadisə yerinə baxış keçirən Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Qanun keşikçiləri isti izlərlə hadisəni törədən Siyəzən sakini, 43 yaşlı Sərvər Dadaşovu saxlayaraq istintaqa təhvil verib: "Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər oğurluğa görə məhkum edilən Sərvər Dadaşov saxlanıb. Onun yaşadığı evdən oğurladığı əşyalar maddi sübut kimi götürülüb".
Aparılan araşdırmalar zamanı məlum olub ki, bu, Sərvər Dadaşovun ilk cinayət əməli deyil. Özünün dediyinə görə, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkumluq həyatı yaşayıb: "Xoşumuz gəlir bizim 5 gündən bir gedək ora? Yoxdur iş-güc, məcbur olub gedib oğurlayırıq da. Pul oğurlamamışıq, qızıl oğurlamamışıq, dəmir-dümür oğurlamışıq da".
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı