Dolların möhkəmlənməsi nefti yenidən ucuzlaşdırdı
Dolların digər valyutalara qarşı möhkəmlənməsi neftin qiymətinə neqativ təsir edib. APA TV-nin xəbərinə görə, neft həmçinin ABŞ-ın hasil olunmuş neft və benzin ehtiyatlarının həcminə dair hesabatın təzyiqi altındadır.
İlkin proqnozlara görə, ötən həftə ABŞ-ın xam neft ehtiyatlarının həcmi daha 2,4 milyon barel artıb. Bu rəqəmin doğru olub-olmadığı gecə saatlarında açıqlanacaq hesabatdan sonra məlum olacaq.
Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 54,80 dollardan satılır. Qərbi Texas neftinin bir bareli isə 51,74 dollardan təklif olunur. Bu, dünənki qiymətlərdən 1,2 dollar ucuzdur. Neftin sonuncu dəfə bu səviyyədə qiyməti iki həftə əvvəl qeydə alınıb.
İki marka arasında fərq ilk dəfə olaraq 3 dollardan çox olub. Bu amil ucuzlaşmanın ABŞ-dan qaynaqlanan iki faktorla əlaqəli olduğunu təsdiqləyir. Bu faktorlar Birləşmiş Ştatların neft ehtiyatlarının həcminə dair hesabat və dolların möhkəmlənməsidir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı