Manat yenə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı fevralın 8-i üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi ucuzlaşaraq 1,8252 manat səviyyəsində müəyyən olunub.

 

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası azalaraq 1,9489 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2811 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

 

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də ucuzlaşıb. Hazırda 1000 rubl 30 manat 70 qəpik, 100 lirə 48 manat 74 qəpik, 100 lari isə 68 manat 56 qəpikdir.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR