Trampla Ərdoğan nələri müzakirə etdi? - İLK TELEFON DANIŞIĞI
ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığı zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə müzakirə olunub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.
"Prezident Tramp ABŞ-ın NATO üzrə strateji tərəfdaşı və müttəfiqi olan Türkiyəyə dəstək verdiyi bir daha bəyan edib və İŞİD-lə mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib", - deyə Ağ Evin məlumatında qeyd olunub.
İki ölkə arasında sıx, uzunmüddətli münasibətlərin mövcudluğu, habelə terrorçuluğun bütün formalarına qarşı birgə mübarizəyə sadiqliyin davam etdiriləcəyi qeyd olunub.
Türkiyə prezidenti terrorla mübarizədə mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, iki ölkəni möhkəm dostluq və müttəfiqlik əlaqələri bağlayır.
Ərdoğan həmçinin Trampa prezidentlik dövründə uğurlar arzulayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı