Kabildə dəhşətli partlayış: ölü və yaralı sayı çoxdur
Əfqanıstanın paytaxtında Ali Məhkəmənin binası qarşısında törədilən partlayış nəticəsində 20 nəfər ölüb, 40 nəfər yaralanıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin parklama meydançasında baş verib.
Ölənlərin əksəriyyəti məhkəmə əməkdaşıdır. Partlayış nəticəsində yaxınlıqdan keçən bir neçə uşaq da həyatını itirib.
Şahidlər bildirib ki, məhkəmə əməkdaşları parklama meydançasında avtobusa minərkən terrorçu-kamikadze avtomobildəki partlayıcı qurğunu işə salıb: "Mən partlayış səsi eşidən kimi ora qaçdım, çünki qardaşım məhkəmədə işləyir. Ona heç nə olmayıb, amma təəssüf, ölən çoxdur, yaralılar da var".
Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub.
Kabildə sonuncu terror aktı 1 ay əvvəl törədilib, həmin vaxt 38 nəfr həyatını itirmişdi.
Sonuncu partlayışa görə, heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı