Putin Türkiyə ilə Rusiya arasında tarixi sazişi imzaladı

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə ölkəsi arasında inşa ediləcək "Türk axını" layihəsi ilə bağlı sənədi imzalayıb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sənədin qəbulu yanvarın 20-də Dövlət Duması, fevralın 1-də isə Rusiya Federasiya Şurası tərəfindən təsdiqlənib.

Rusiya və Türkiyə arasında 2016-cı ilin oktyabrında gəlinən razılığa əsasən "Türk axını" qaz xətti layihəsi çərçivəsində biri Türkiyənin daxili bazarı, digəri isə Avropa üçün nəzərdə tutulan iki xətti inşa olunacaq.

Layihəyə əsasən qaz boru kəmərləri Qara dənizin altı ilə çəkiləcək.


Türkiyə parlamentində ötən ilin dekabrın 2-də qəbul edilən anlaşmanı prezident Ərdoğan üç gün sonra imzalamışdı.

Layihənin inşasının 2019-cu ildə tamamlanması planlaşdırılır. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR