İsrail ordusu Qəzzaya zərbələr endirdi - BOMBALANMA ANI
İsrail ordusu Qəzzanın müxtəlif yerlərinə 14 hava hücumu həyata keçirib. APA TV-nin məlumatına görə, üç fələstinli yaralanıb, xeyli sayda bina zərər görüb.
HƏMAS-ın sözçüsü Fevzi İbrahim İsrailin Qəzzaya hücumlarının təhlükəli şəkildə gərginliyi artırdığını bildirib: "Hücumların dayandırılması lazımdır. İsrailə bu axmaqlığını davam etdirməməsi üçün xəbərdarlıq edirik. Mülki əhalinin əmlakına və müqavimətə aid müəssisələrinə etdiyi hücumların ardından yaranan gərginliyə görə işğalçılar cavabdehdir. İsrailin etdikləri özünə dönəcək".
İsrail isə hücumların Aşkelon şəhərinə edilən raket hücumuna cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Qeyd edək ki, İsrail parlamenti işğal olunmuş İordan çayının qərb sahilində qeyri-qanuni inşa edilmiş 4 minədək evin leqallaşdırılmasına dair qanun qəbul edib. Sənədə əsasən, bundan əvvəl torpaqlara sahib olan fələstinlilərə kompensasiya kimi pul və yaxud digər torpaq sahələri ayrılacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı