Göygöldə ağır qəza: qadın sürücü hadisə yerində öldü

Göygöldə sürücünün ölümü ilə nəticələn yol qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Göygöl şəhərinin Hacıkənd istiqamətindəki çıxışında Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Xatirə Alıyarova idarə etdiyi “Great Wall” markalı avtomobildə idarəetməni itirib və maşın yolun kənarında olan maneəyə çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR