Lənkəranda eyni vaxtda üç mağaza yarıldı
Lənkəranda eyni vaxtda üç yanaşı mağazadan oğurluq edilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Sütəmurdov kəndində qeydə alınıb.
Kənd sakini Cəmil Hüseynova məxsus mağazanın qapısı sındırılıb, oradan ətirlər, içkilər, şirniyyat və 250 manat nağd pul oğurlanıb. Mağaza sahibinə ümumilikdə 1000 manatdan artıq ziyan dəyib: "Səhər evdə yatmışdıq. O biri dükan zəng vurdu oğurluq olub, biz də gəldik. Qıfıllar sındırılıb, beş "reşotka"ya qıfıl vurmuşam. Birini bayıra vurmuşam. Sonra polislər gəldi, girdik onlarla birlikdə. Siqaretlər heç biri yoxdur. 150 manat qəpik, 250 firma pulu".
Eyni vaxtda Xanlar Nəzərova məxsus mağazadan 300 manat dəyərində, Nicat Axundova məxsus mağazadan isə 120 manat dəyərində şirniyyat məhsulları və siqaret oğurlanıb.
Artıq oğruların yaxalandığı deyilir. Hər üç faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı