ABŞ Konqresində Rusiya əleyhinə yeni qətnamə layihəsi hazırlanıb
ABŞ Konqresinin Nümayəndələr Palatasına 4 respublikaçı konqresmen tərəfindən Rusiya əleyhinə yeni qətnamə layihəsi təqdim olunub.
APA TV-nin məlumatına görə, qətnamə layihəsi respublikaçı konqresmenlər Endi Harris, Brayan Fitzpatrik, Sander Levin və Marsi Kaptur tərəfindən hazırlanıb.
Sənəddə Donbasda baş verən gərginlikdə Rusiya ittiham olunur və bu əməllərin Minsk razılaşmalarına zidd olduğu vurğulanır. Bu pozuntuların Rusiya Federasiyasına qarşı sanksiyaların gücləndirilməsini zəruri etdiyi bildirilir, Rusiyanın gizli və açıq qüvvələri və hərbi vasitələrinin Ukraynadan çıxarılması və bu ölkənin Krıma qarşı hər hansı iddiadan vaz keçməsi tələb olunur.
Layihədə Rusiyaya qarşı yeni, daha sərt sanksiyaların tətbiqinə də çağırış edilir. Sənəddə həmçinin ABŞ hökumətinə və digər NATO dövlətlərinə Rusiya təcavüzü ilə mübarizədə Ukraynaya fəal hərbi yardım göstərilməsi üçün müraciət edilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı