ETSN: Bir neçə iri palçıq vulkanı aktivləşə bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeronda baş verən vulkan püskürməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən APA TV-yə verilən məlumata görə, fevralın 6-da saat 13:00 radələrində Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verib. Püskürmə 9 dəqiqəyə yaxın davam edib. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb.
Qeyd olunub ki, yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb: “Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır. Yaxınlıqda yaşayış məskənləri olmadığından, bu palçıq vulkanı təhlükəli hesab edilmir. Vulkanın yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da var ki, onların da aktivləşmə ehtimalı artıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən prosesə nəzarət olunur və müvafiq ölçmə işləri aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı