Quraşdırdıqları kombiləri oğurlayıb satdılar

Abşeronda evlərdən kombi aparatı oğurlayan şəxslər saxlanılıb. APA TV-nin məlumatına görə, oğurluğu evlərdə fəhlə işləyən şəxslər həyata keçiriblər.

 

Quraşdırdıqları əşyaların yerini bilən şəxslər evə kimin nə vaxt gəldiyindən xəbərdar olublar.

 

Saxlanılan Hacı Mutayev törətdikləri cinayəti etiraf edib: "Masazır ərazisindən iki yerdən kombi aparmışıq. Evdə fəhlə kimi işləmişik, tanıyırdıq".  

 

Onun sözlərinə görə, oğurluq kombilər dəyər-dəyməz qiymətə satılan kimi dostlar pulları bölüblər. Dəstənin digər üzvü, Lənkəranın Şıxəkərən kəndində anadan olmuş 34 yaşlı Rauf Quliyevin borcu qaytarılıb: "Topaz"a borcu vardı, onu verdik. Pulun qalan hissəsini isə xərcləmişik narkotikə".

 

Hazırda dəstə üzvlərinin digər cinayətlərdə iştirakının olub-olmaması müəyyənləşdirilir. Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR