Əsəd: "Ərdoğanın nə düşündüyünü bilmirəm"

Bəşər Əsəd Türkiyənin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatlarından məmnunluğunu ifadə edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla yanaşı, Əsəd Ərdoğanın onu dəstəkləmədiyinə əminliyini də bildirib.


Belçikalı parlamentarlar Dəməşqi ziyarət ediblər. Suriya prezidenti bu fikirlərini onlarla görüşdə dilə gətirib. Avropalı heyət Dəməşqlə yanaşı, Hələb və Xmeymimdə də olub.

 

Görüşlərin ardından nümayəndə heyətinin rəhbəri Filip Devinter açıqlamasında Ərdoğanın Dəməşq siyasətində dəyişikliyin müsbət qarşılandığını söyləyib: "Əsəd Türkiyənin hazırkı siyasətinin Suriya üçün vacib olduğunu, onu dəstəkləyən ittifaqın genişləndiyini, İran və Rusiyaya Türkiyənin də qoşulduğunu dedi. Amma Ərdoğanın şəxsi düşüncələrində qeyri-müəyyənliyin davam etdiyini də qeyd etdi".

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR