Səudiyyə Ərəbistanının paytaxtı raketlə vuruldu

Yəməndə çeviliş edən və İrandan dəstək aldıqları deyilən husi üsyançıları Səudiyyə Ərəbistanının paytaxtını raketlə vurub.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu, üsyançıların Ər-Riyada endirdiyi ilk zərbədir.


Husilərin cəbhəsindən zərbənin hədəfə dəydiyi iddia edisə də, krallığın rəsmilərindən heç bir açıqlama verilməyib.


Üsyançılar hücumlarını davam etdirəcəklərini deyib.

Xatırladaq ki, Yəmən hazırda üç yerə bölünmüş vəziyyətdədir. Ölkənin şərqi və mərkəzi hissələri hökumət qüvvələrinin əlindədir. Qərb ərazilərinə isə husi üsyançıları nəzarət edir. İki qrup arasında 2015-ci ildən müharibə gedir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR