Yaxın Şərqdə gərginlik və dolların ucuzlaşması nefti bahalaşdırır
Bazar ertəsi günün ikinci yarısında neftin qiymətində ucuzlaşma müşahidə olunub.
APA TV-nin xəbərinə görə, geosiyasi amillər və ABŞ iqtisadiyyatının durumuna dair hesabatlarla bağlı gözləntilər neftin qiymətin neqativ təsir göstərsə də, bu gün “qara qızıl”ın qiyməti yenidən bahalaşmağa başlayıb.
Birjaların səhər seanslarında “Brent” markalı neftin bir bareli 55,96 dollardan satılır, Qərbi Texas neftinin bir bareli isə 53,21 dollardan təklif olunur. İki marka arasında qiymət fərqi 3 dollardan 2,70 dollara enib.
Qiymətlərin yenidən bahalaşmasına Yaxın Şərq regionunda gərginliyin yenidən artması, Səudiyyə Ərəbistanının hərbi bazasının husilər tərəfindən ballistik raketlə vurulması, dolların aparıcı valyutalara nəzərən dəyər itirməsi kimi amillər təsir göstərir.
Bu gün axşam saatlarında ABŞ-ın hasil olunmuş xam neft və benzin ehtiyatlarının həcminə dair həftəlik qeyri-rəsmi hesabat açıqlanacaq. Üç həftədir Amerika Neft İnstitutunun açıqladığı hesabatlar bazarda qiymətlərə təsir göstərə bilmir. Bu amil şist nefti faktorunun bazardan sıxışdırılıb çıxarılacağı barədə iddiaları gündəmə gətirib. Ehtimalın doğru olub-olmadığını yoxlamaq üçün bu həftənin çərşənbə və cümə axşamı günləri birjalarda neftin qiymət dinamikasını izləmək vacibdir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı