Manat bahalaşdı

Azərbaycan Mərkəzi Bankı fevralın 7-si üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi kəskin ucuzlaşaraq 1,8769 səviyyəsində müəyyən olunub.

 

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası azalaraq 2,0102 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,3392 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

 

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də ucuzlaşıb. Hazırda 1000 rubl 31 manat 90 qəpik, 100 lirə 50 manat 71 qəpik, 100 lari isə 70 manat 36 qəpikdir.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR