Yeddi illik fasilədən sonra ilk türkiyəli nazir İsraildə

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində İsrailin paytaxtı Tel Əvivə səfər edib. 

 
APA TV-nin xəbərinə görə, o, fevralın 7-8-də İsrail paytaxtında rəsmi görüşlər keçirəcək. Nabi Avci 2010-cu ildə "Mavi Mərmərə" gəmisinə hücumdan sonra İsrailə səfər edən ilk türkiyəli nazirdir. 
 
Türkiyənin mədəniyyət və turizm nazirini Ben Qurion beynəlxalq hava limanında Türkiyənin İsraildəki səfiri Kamal Ökem qarşılayıb. 
 
Fevralın 7-də Nabi Avci israilli həmkarı Yariv Levinlə görüşəcək. Daha sonra iki nazir birgə mətbuat konfransı keçirəcək. 
 
Nabi Avcı Ağ dəniz turizm sərgisinin açılışına da qatılacaq, türkiyəli və israilli turizmçilərlə görüş keçirəcək. 
 
İsrail təhlükəsizlik qüvvələrinin 2010-cu il mayın 31-də Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə hücumu nəticəsində 10 Türkiyə vətəndaşının həlak olması Türkiyə və İsrail arasında əlaqələrin kəsilməsinə səbəb olmuşdu. İsrailin üzr istəməsi, hadisə qurbanlarının ailələrinə təzminat ödəməsindən sonra Türkiyə və İsrail arasında münasibətlərin bərpası prosesinə başlanılıb. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR