Rumıniya: hökumət geri çəkildi, etirazlar səngimədi
Bazar ertəsi Rumıniyanın paytaxtı Buxarestin Qələbə meydanında hökumətin istefası tələbi ilə növbəti aksiya keçirilib. Baxmayaraq ki, Nazirlər Kabineti ictimaiyyətə güzəştə gedib və Cinayət Məcəlləsinə düzəlişlərlə bağlı qərarı ləğv edib.
Kütləvi etirazların təşkilatçıları aksiyada yüz minlərlə adamın iştirak edəcəyini bildirsələr də, iştirakçıların sayı təxminən 25 min nəfər olub. Aksiya itirakçıları “Oğrular!”, “Hökumət satqındır!”, “İstefa” şüarları səsləndiriblər. Onlar bəyan ediblər ki, aksiyalar hər gün keçiriləcək.
Hökumətin Cinayət Məcəlləsinə etirazlara səbəb olan düzəlişləri ləğv etməsinə baxmayaraq, Rumıniyanın bütün şəhərlərində hakimiyyət əleyhinə aksiyalar keçirilir. Düzəlişlər nəticəsində hakim partiyanın korrupsiya cinayətlərinə görə həbs edilmiş üzvləri azadlığa çıxa bilərdilər. Bir neçə gündür davam edən etiraz aksiyaları son 25 ilin ən irimiqyaslı nümayişləri sayılır. Bazar günü ölkəboyu 600 minə yaxın adam küçələrə çıxıb.
Fevralın 8-də Rumıniya parlamenti hökumətə etimad məsələsini müzakirə edəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı