Donald Trampdan NATO ilə bağlı yeni bəyanat

NATO-nun ayrı-ayrı deyil,  bütün üzvləri Alyansa üzvlük haqqı ödəməlidir. APA TV-nin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında hərbçilərlə görüşdə deyib.

 

“Biz ciddi şəkildə NATO-nu dəstəkləyirik. Yalnız istəyimiz budur ki, NATO-nun ayrı-ayrı deyil,  bütün üzvləri Alyansa üzvlük haqqı ödəsin”, deyə D.Tramp bildirib.

 

Yanvarda  D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdi ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR