Pizza daşıyan motosikl "Prado"ya çırpıldı - BAKIDA QƏZA
Görüntülər paytaxtın Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınan yol nəqliyyat hadisəsindəndir.
Qəzanı törədən pizza daşınması ilə məşğul olan şirkətlərdən birinə məxsus 99-A-517 dövlət nömrə nişanlı motosikletdir. Motosiklet Nəcəfqulu Rəfiyev küçəsi ilə hərəkətdə olarkən, əsas yola çıxmaq istəyən 10-BT-606 nömrəli "Toyota PRADO" avtomobili ilə toqquşub.
Hadisə zamanı ayağından xəsarət alan motosikletin sürücüsü xəstəxanaya çatdırılıb. Qəzada hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisənin səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
13:58
738
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
922
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
900
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1045
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1145
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1081