WSJ: ABŞ İranla Rusiyanı düşmən etmək üçün fürsət axtarır
"Tramp administrasiyası İranla Rusiyanın diplomatik və hərbi əlaqələrinə zərbə vurmaq üçün fürsət axtarır".
"The Wall Street Journal" yazır ki, hazırkı ABŞ hakimiyyəti Rusiyanı özünə təhlükə görmür.
"Vaşinqton bununla Suriya münaqişəsinə öz xeyrinə son qoymaq, bununla yanaşı İŞİD-ə qarşı mübarizəni öz müttəfiqlərinin əli ilə aparmaq niyyəti güdür", - deyə məqalədə bildirilir.
Müəllif qeyd edir ki, buna rəğmən Tehranla Moskva arasında bəzi məsələlərdə ortaq məxrəcin tapılmaması Ağ Evin marağındadır. Rusiyanın İranla müttəfiqliyin zəifləməsində nələr tələb edəcəyi də ABŞ üçün aydın deyil.
Ağ Ev nümayəndəsi Şon Speyser isə bildirib ki, İrana qarşı münasibət daha da sərtləşdiriləcək.
Xatırladaq ki, Vaşinqton İrana qarşı sanksiyaları daha da sərtləşdirib. Buna səbəb kimi "Hizbullah"ın maliyyələşdirilməsi və nüvə başlıqlı raketlərin sınağının artırılması göstərilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı