Bakıda hava küləkli olacaq
Fevralı 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3, gündüz 8-13 dərəcə, Bakıda gecə 1-3, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəc isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 drəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı