Əfqanıstanda kəndlər qar altında qaldı, ölü sayı 100-ü ötdü

Əfqanıstanda yağan güclü qar fəlakətə səbəb olub.  APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, qar uçqunları nəticəsində son 3 gündə ölənlərin sayı 100-ü ötüb. 


Ölkənin 22 əyalətinə güclü qar yağıb, 168 ev dağılıb, 340 baş mal-qara ölüb.

Fəlakət nəticəsində 42 nəfərin xəsarət aldığı bildirilir. Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb.

Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxararaq xilas edib.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR