Tramp: "İran terroru dəstəkləyən 1 nömrəli dövlətdir"
"İran bizə hörmət eləmir, onlar silahlanmaya çoxlu pul xərcləyir". APA TV-nin "Fox News"a istinadən məlumatına görə, bu ittihamları ABŞ prezidenti Donald Tramp irəli sürüb.
Ağ Evin sahibi İranı 1 nömrəli terrorçu dövlət adlandırıb. Bununla yanaşı o, jurnalistlərin "ABŞ-İran qarşıdurması mümkündürmü?" sualını da cavabsız qoymayıb:
"Biz bir-birimizə hörmətlə yanaşırıq, hazırda təhlükəli heç nə mövcud deyil, qorxmaq da lazım deyil. Sadəcə Tehran Vaşinqtona hörmətsizlik edir".
Tramp əlavə edib ki, Tehran nüvə razılaşmasına hörmətlə yanaşmır:
"İrana bu razılaşmaya görə 1,7 milyard dolları nağd ödəmişik, bu, başlanğıc ola bilərdi".
Xatırladaq ki, ABŞ İrana ballistik raket sınaqlarının sayını artırdıqdan sonra yenidən sanksiyalar tətbiq edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı