ABŞ sanksiya tətbiq etdi, neftin qiyməti 57 dolları keçdi

Birjalarda həftənin ilk seanslarında neft əvvəlki dəyərini qorumağı bacarıb. Hərraclarda "Brent" markalı neftin bir bareli 57,01 dollardan satılıb. Qərbi Texas neftinin qiyməti də ilk seanslarda 54 dolları keçib. Son hərraclarda WTİ nefti 54,03 dollardan satılıb. Uzun müddətdən sonra iki marka arasında qiymət fərqi 3 dollara çatıb.

 

Qiymətlərin bahalaşmasına ABŞ Maliyyə Nazirliyinin İrana qarşı əlavə sanksiyalar tətbiq etməsi səbəb olub. Nazirlik sanksiyaların terrorçuluğa qarşı mübarizə və nüvə silahının yayılmasının qarşısını almaq tədbirləri çərçivəsində tətbiq olunduğunu bildirib. Xatırladaq ki, həftə sonu İran növbəti dəfə ballistik raketi sınaqdan keçirib.

 

İran həm də OPEK üzvüdür. OPEK əldə olunan razılaşmaya əsasən, yanvar ayında gündəlik hasilatı 840 min barel azaldıb. Hesablamalara görə, razılaşmaya əməl olunarsa, üçüncü rübdə bazarda gündəlik 900 min barel neft kəsiri yaranacaq. Bu isə qiymətlərin bahalaşmasına səbəb olacaq. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR