Trampın müşavirləri MOSSAD-la İranı müzakirə etdi

ABŞ prezidenti Donald Trampın yaxın ətrafı ilə İsrail gizli kəşfiyyat orqanlarının görüşü baş tutub. APA TV-nin İsrail mətbuatına istinadən verdiyi məlumata görə, amerikalı kəşfiyyatçılarla görüşdə MOSSAD rəhbəri Yossi Kohen şəxsən bir araya gəlib.

Onların iki həftə əvvəl Vaşinqtonda Donald Trampın andiçməsindən 3 gün sonra görüşdüyü qeyd olunur.

Görüşdə İsrailin Milli Təhlükəsizlik üzrə dövlət müşaviri Yaakob Nebel də iştirak edib. Danışıqlarda Təl-Əviv və Vaşinqton arasında gələcək münasibətlərin inkişafı müzakirə olunub.

İsrail-Fələstin problemi və İranın Suriyadakı maraqları danışıqlarda önə çəkilib. Tehranın Yaxın Şərq bölgəsində aktivləşməsi də müzakirə olunub.

Görüşün baş tutması İsrailin Nazirlər Kabineti tərəfindən də təsdiqlənib. Detallar barədə tam məlumat verilmir. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR