Tramp qış istirahətinə belə başladı - BÜDCƏDƏN SƏRF OLUNAN İLK MİLYONLAR

Donald Tramp yaxın ətrafı ilə birgə həftə sonu Floridaya gedib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, prezidentin Floridadakı özünə məxsus Mar-q-Larqo malikanəsinə yollandığı deyilsə də, sonradan onun "Qış Ağ Evi"nə getdiyi məlum olub.

Bu mülkün Missis Post tərəfindən tikildiyi və sonradan ABŞ hökumətinə vəsiyyət olunduğu, lakin hökumətin bu hədiyyəni qəbul etmədiyi bildirilir. Daha sonra 1985-ci ildə D. Tramp bu malikanəni almaq üçün Post ailəsinə 15 milyon dollar təklif edir və rədd cavabı alır. Lakin sonradan prezident mülkü 8 milyona əldə edir. Sonradan müflis olmağa başlayanda o, 58 otağı icarəyə verir.

Trampın buraya səfəri büdcəyə 3 milyon dollara başa gələcək.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR