Gədəbəydə ər 3 uşaq anası olan arvadını amansızlıqla öldürdü

Gədəbəydə qətl olub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

 

Kənd sakini 1983-cü il təvəllüdlü Allahverdiyev Zamur Salman oğlu həyat  yoldaşı 1978-ci il təvəllüdlü Əsgərova Dürdanə Məcid qızını döyərək qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən Z. Allahverdiyev saxlanılıb.

 

Qətlə yetirilən qadın 3 övlad anası olub.

 

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR