Tramp Britaniya Kral ailəsinə hansı hədiyyələri aparacaq? - SİYAHI
ABŞ prezidenti Donald Tramp İngiltərəyə səfəri zamanı kral taxt-tacının varisi şahzadə Uilyam, eləcə də kral ailəsi ilə görüşməyə ümid edir. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, D. Tramp Kembric hersoqu üçün xüsusi hədiyyə də hazırlayıb. Onun hersoqa əl işi olan kovboy yəhəri hədiyyə edəcəyi bildirilir.
ABŞ mətbuatında yer alan xəbərlərdə prezidentin şahzadə Uilyam və Keyt, habelə övladları ilə görüşü də səfər proqramına daxil edilib.
II Yelizavetaya ediləcək hədiyyələrə gəlincə, Ağ Ev rəhbərinin müşavirləri bu məsələdə yekun qərar qəbul etməsə də, ona İngiltərə baş naziri Tereza Meyin D. Trampa hədiyyəsi olan ənənəvi "Şotland dostluq fincanı"nın Amerikan variantının təqdim ediləcəyi gözlənilir.
Səfərin vaxtına gəlincə, Donald Trapın İngiltərəyə yay aylarında səfər edəcəyi bildirilir. Rəsmi Vaşinqton bu səfəri Londonla müzakirə etsə də, onun tarixi və prezidentin marşrutu açıqlanmır.
Kraliça II Yelizaveta Donald Trampı yanvar ayının sonunda rəsmi məktubla ölkəsinə dəvət edib. Lakin bu dəvət İngiltərədə etiraz aksiyalarına səbəb olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı