Şəkidə "Mercedes" yük maşını ilə toqquşdu: sürücü öldü

Şəkidə "Mercedes" yük maşını ilə toqquşub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu  Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib.

Oğuz rayonu Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Şövkət Bəhərçin oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı 01 BF 853 dövlət nömrə nişanlı  minik avtomobili ilə Oğuz şəhər sakini 1969-cu il təvəllüdlü Bəhruz Ərzuman oğlu Rüstəmovun idarə etdiyi "Ford" markalı 99 BL 198 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Qəzadan sonra "Mercedes" markalı avtomobilin sürücüsü Ş. Qarayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ş. Qarayevin həmkəndlisi olan sərnişini, 1988-ci il təvəllüdlü Cavad Əlövsət oğlu Cabbarov və yük maşının sürücüsü B. Rüstəmov aldıqları xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA TV-yə bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı  Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR