Arzu tutuldu, "Alik" və "Malış" axtarılır - OĞRU DƏSTƏSİ İFŞA OLUNDU

Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəmkir sakini, 23 yaşlı Arzu Əsgərli saxlanılıb. APA TV-nin Qörb bürosunun verdiyi məlumata görə, həmin şəxs həmyerlisi "Alik" ləqəbli Əli Yusifov və Bakı sakini Ağasif Baxışovla birlikdə Goranboyun Veyisli kəndində Mahiyyəddin Mazanov və Rais Kərimova məxsus mağazaları qarət ediblər.

 

SINXRON: Arzu Əsgərli - saxlanılan şəxs

"Üç nəfər olmuşuq. Gəlib baxmışıq mağazaya. Gecə ilə də gəlib, girib aparmışıq. Siqaret, kassadan qəpik, kontur və başqa şeylər oğurlamışıq. Aparıb satıb, hərə öz payını götürüb, aralaşmışıq".

 

İstintaq yolu ilə müəyyən edilib ki, həmin şəxslər hələlik istintaqa adı məlum olmayan "Malış" ləqəbli Gürcüstan vətəndaşı ilə birlikdə bir neçə rayonda da oğurluqlar ediblər. Çağırılmamış qonaqlar Şəmkir rayonunda 5 mağazanı qarət edib.

 

Bundan başqa istintaq yolu ilə o da müəyyən edilib ki, Arzu Əsgərli ötən ilin iyun ayında həmyerlisi Anar Quliyevə məxsus "Niva" marakalı avtomobili soyğunçuluq yolu ilə ələ keçirib. Hazırda hüquq mühafizə orqanları Arzu Əsgərlinin cinayət ortaqlarının saxlanılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR