Məhkəmə Donald Trampın fərmanının icrasını dondurdu - YENİ QALMAQAL
Sietl məhkəməsi Donald Trampın miqrantlarla bağlı fərmanının icrasının ölkə ərazisindən müvəqqəti dayandırılması ilə bağlı qərar çıxarıb. APA TV-nin "Associated Press"ə istinadən məlumata görə, Vaşinqton ştatının baş prokuroru bildirib ki, Yaxın Şərq regionu və Şimali Afrikanın 7 ölkəsindən olan vətəndaşları ABŞ ərazisinə daxil olmaq üçün yenidən müraciət edə bilərlər.
Vaşinqton və Minnesota ştatlarından daxil olan iddialara baxış zamanı federal hakim Ceyms Robart Donald Trampın sözü gedən fərmanının ölkə ərazisində dondurulması barədə qərar verib.
Vaşinqton ştatının baş prokuroru Bob Ferqyusson bildirib ki, Robartın çıxardığı qərar dərhal qüvvəyə minir.
"Bu qərar Donald Trampın heç bir məntiqə sığmayan, antikonstitusion və qanunsuz addımına son qoyur. Qanun möhkəmlik deməkdir. Onun aliliyi hamı üçün eynidir, prezident üçün də".
Donald Tramp yanvarın 27-də imzaladığı fərmanla ölkəyə 7 ölkədən - İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının girişini qadağan edib. Ağ Evdən bu addımın ABŞ-ın təhlükəsizliyi məqsədilə atıldığı bildirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı