ABŞ hədələdi, İran geniş hərbi təlimlərə başladı

İran İnqilab Keşikçilər Korpusu (SEPAH) genişmiqyaslı hərbi təlimlərə başlayıb. APA TV-nin "Sepahnews"a istinadən məlumatına görə, təlimlərə ballistik raket sınaqlarının sayını artırmasından sonra adı çəkilən ölkəyə qarşı ABŞ-ın sanksiyaları sərtləşdirməsindən sonra start verilib.


Səmnan əyalətində başladılan təlimlərin "Sanksiyalara nifrət" adı altında keçirilməsi bunu sübut edir. Təlimlərdə İranın "Sayad-2" və "Tebes" yeni raket kompleksləri, həmçinin uzaq və ortamənzilli radiolakasiya sistemləri də sınaqdan keçiriləcək.
 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Pentaqon rəhbəri Ceyms Mettisin İrana qarşı sərt çıxışlarından və qadağaların sərtləşdirilməsindən sonra Tehran cavab tədbirləri görüləcəyini açıqlayıb.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR