ABŞ PKK-nı Türkiyəyə qarşı silahlandırır: terrorçulara 7 tank verildi
ABŞ PKK-nın Suriya qanadı olan YPG-yə 7 tank verib.
İki ay öncə verilən tanklar artıq Menbiçdə YPG tərəfindən istifadə olunub. Terror təşkilatının tank və hava hücumundan müdafiə sistemi ilə təmin olunması "Türkiyəyə qarşı hazırlıq" kimi dəyərləndirilir.
Türk hərbçilər PYD-yə verilən dəstəyi "Türkiyə Silahlı Qüvvələrinin Əl Babdan sonra Menbiçə yönəlməsinin qarşısını önləmək" olduğunu deyir.
"Menbiçə toplanan silah-sursat Əl Babdan 10-15 dəfə artıqdır. Terror təşkilatının əlində hər cür silah var. Tankların ABŞ tərəfindən Menbiçə soxulması da önəmli hadisədir. Hər dəfə bunların İŞİD-ə qarşı istifadə olunacağını deyirlər. İŞİD-in əlində təyyarə, helikopter yoxdur. YPG-yə havadan müdafiə sistemləri niyə verilir?"
Bundan başqa YPG-nin bomba yüklənmiş avtomobil emalatxanası qurduğu məlum olub. Burada hazırlanan avtomobillərin türk ordusuna qarşı istifadə olunacağı planlaşdırılır. Bu faktı əsir götürülən YPG terrorçuları etiraf edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı