Trampın mövqeyi: Rusiya Krımı işğal edib
ABŞ-ın Krım məsələsində mövqeyi Donald Tramp dönəmində də dəyişməz qalacaq.
ABŞ-ın BMT-dəki yeni səfiri Nikki Heyli bu vəzifədə ilk çıxışını Ukraynadakı vəziyyətə həsr edib. Səfir bildirib ki, Krım Rusiyanın təcavüzkar fəaliyyətindən əziyyət çəkən Ukraynanın bir hissəsidir.
Səfir bəyan edib ki, Rusiya bu ərazilər üzərində nəzarəti Kiyevə qaytarana qədər Krımla bağlı tətbiq olunmuş sanksiyalar qüvvədə qalacaq.
Donald Trampın Rusiyaya isti münasibəti fonunda bu bəyanat dünyada təəccüb, Rusiyada isə təəssüf doğurub. Ağ Evin mətbuat katibi Şon Spayser isə bildirib ki, Nikki Heyli prezident Donald Trampın rəsmi mövqeyini ifadə edib.
“Mən düşünürəm ki, daimi nümayəndə Heyli Rusiyanın Krımı işğal etməsi ilə bağlı bizim narahatlığımızı çox dəqiq ifadə edib. O, bu barədə çox qətiyyətli və aydın danışıb”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı