Kürdəmirdə müəmmalı ölüm: səbəb açıqlandı, fakt təsdiqlənmədi

Kürdəmir rayon sakini müəmmalı şəkildə ölüb. Hadisə ötən gün axşam saatlarında rayonun Qağacılı kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü Qismət Mübariz oğlu Muğayev kənd ərazisində usta işlədiyi evdə qəflətən dünyasını dəyişib.

Əvvəlcə mərhumun elektrik cərəyanı vurması nəticəsində  dünyasını dəyişdiyi bildirilib. Muğayevin nəşi Məhkəmə Tibbi Ekspertizaya və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə gətirilib.

Cəsədin xarici müayinəsi zamanı ölüm faktının elektrik cərəyanı vurması nəticəsində baş vermədiyi müəyyənləşib.

Ölümün dəqiq səbəbi  analizlərin cavabından sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.   

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR