Neft gələn həftə daha da bahalaşa bilər

Birjalarda neft həftəni yüksək qiymətlə başa vurub. Həftə ərzində 57,35 dollara kimi bahalaşan neft dəyərini son hərraca kimi qoruyub. Birjaların son seanslarında "Brent" markalı neftin bir bareli 56,80 dollardan satılıb.

 

Analoji dinamika Qərbi Texas neftinin qiymətində də müşahidə olunub. Həftə ərzində bir neçə dəfə 54 dollarlıq baryeri keçməyə müvəffəq olan WTİ nefti son seansda 53,86 dollara təklif olunub.

 

Gələn həftə neftin qiymətinə iki amil təsir göstərəcək. Bunlar dolların digər valyutalara münasibətdə dəyəri və OPEK daxilində razılaşmaya necə əməl olunmasıdır. Dolların zəifləməsi davam edərsə və OPEK hasilatı qrafikə uyğun azalda bilərsə, gələn həftə "Brent" markalı neftin qiyməti 58 dollara çata bilər.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR