Xırdalanda dəhşət: 59 yaşlı kişi evdə diri-diri yandı
Xırdalanda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhərinin “Quşçuluq” yaşayış massivi adlanan ərazisində qeydə alınıb.
Ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və talvara bitişik ümumi sahəsi 72 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən köməkçi tikilidə 1958-ci il təvəllüdlü Yusifov Faiq Vəliyulla oğlunun yanmış meyiti aşkarlanıb. Talvarın və evin qalan hissəsi yanğından mühafizə olunub.
Məlumata görə, evdə həyat yoldaşı ilə yaşayan Faiq Yusifov hadisə vaxtı tək olub. Həyat yoldaşı qonşuya gedən 59 yaşlı kişi köməkçi tikilidə yuxulayıb. O, tikilinin alışmasından xəbərsiz olub və elə yatdığı yerdə diri-diri yanıb.
Hadisədən qonşular xəbər tutublar. Lakin onlar Faiq Yusifovu alovun bürüdüyü otaqdan xilas edə bilməyiblər.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı