Gəncədən Zaqatalaya narkotik dalınca gələnlər tutuldu

Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gəncə şəhər və Balakən rayon sakinlərini saxlayıb.  APA TV-nin  Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında BMW markalı avtomobil Zaqatala şəhəri ərazisində saxlanılıb. Avtomobildə aparılan axtarış zamanı maşının  mühərrik hissəsində yerləşən ön şüşə silgəcinin su balonunda polietilen torbanın içərisində 4 ədəd kibrit qutusunda ümumi çəkisi 14,34 qram olan narkotik vasitə hesab edilən  qurudulmuş marixuana aşkar olunaraq götürülüb. 

 

Zamir Xəlilov, müstəntiq: “Gəncə şəhər sakinləri Arif Asif oğlu Həsənov,  Gündüz Cəmil oğlu Məmmədov,   Emin Yaşar oğlu Əliyev və Balakən rayon sakini  Natiq Abdulhəmid oğlu Ovçiyev narkotik maddənin əldə olunması məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında  razılığa gələrək 31 yanvar tarixində Natiq Ovçiyevin qohumu olan Balakən rayon sakini  Mehman Hicran oğlu Ovçiyev ilə Balakən şəhəri ərazisində görüşüblər. Mehman Ovçiyev onlara 180 manat müqabilində 4 ədəd kibrit qutusundakı narkotik vasitəni satıb.  Daha sonra Gəncə şəhər sakinləri  əldə etdikləri narkotik maddəni Balakənə gəldikləri BMW markalı avtomobilin mühərrikində yerləşən ön şüşə silgəcinin su balonunda gizlədərək Gəncə şəhəri istiqamətinə yola düşüblər”.

 

Saxlanılan şəxslər barəsində Zaqatala rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR